AZ

Tiflisdə müxalif liderlər təcili toplaşdı: bir neçə dəqiqə sonra...

Gürcüstanın müxalifət partiyalarının liderləri təcili olaraq Tiflisdə “Windham” otelinə toplaşıblar.

Axar.az xəbər verir ki, müxalifət rəhbərlərinin MSK-nın açıqladığı hazırki nəticələri qəbul etməyəcəkləri iddia olunur.

Məlumata əsasən, bir neçə dəqiqə sonra müxalif siyasətçilər fəaliyyət planını ictimaiyyətə təqdim edəcəklər.

Bildirilib ki, yarım saatdan sonra brifinq keçiriləcək.

Qeyd edək ki, Gürcüstan MSK-sının rəsmi açıqlamasına görə, səslərin 69,94%-i sayılandan sonra Gürcü Arzusu 52,98 faiz səslə ən yaxın rəqibi Dəyişiklik üçün Koalisiyanı (11,99%) kəskin fərqlə üstələyir.

Seçilən
3
1
axar.az

10Mənbələr