AZ

Sərxoş halda "Seyran"la bağlı suala verdiyi reaksiya müzakirə yaratdı

Türkiyəli aktrisa Gülçin Santırcıoğlu sonuncu müsahibəsi ilə gündəm olub. Axşam.az xəbər verir ki, aktrisa hazırda rol aldığı "Yalı çapkını" serialı ilə bağlı suala əsəbiləşib. İçkili vəziyyətdə olan aktrisaya ekran işindəki "Seyran" obrazının hekayəsi ilə bağlı sual ünvanlanıb. O, isə buna belə reaksiya verib:

 

"Mənə nə "Seyran"dan? "İfakat"ın (Gülçinin sözügedən serialda canlandırdığı obraz - red.) taleyi necə olacaq? Bu barədə sual verin".

 

Gülçinin bu cavabına yanında olan tərəf müqabili Gözde Kansu və digərləri gülüb. 

 

Video sosial media seqmentində yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər müxbirlərin içkili vəziyyətdə olan aktrisaya sual ünvanlamasını və onun bu cavabına həmkarlarının gülməsini pisləyiblər.

Tarix: 26 Oktyabr 2024, 22:57   
Seçilən
28
pravda.az

1Mənbələr