AZ

COP29-la bağlı Bakıda nəqliyyat monitorinqləri davam etdirilir

COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə olunması üzrə monitorinqlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 26-da saat 15:30-dan 16:30-dək COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən birgə keçirilən monitorinqlər zamanı təcili tibbi yardım maşınlarının cəlb edilməsi ilə müvafiq testlər aparılıb. Monitorinq tədbiri yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın mərkəzi küçə və prospektlərində reallaşdırılıb.

Bundan əlavə, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq. Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Həmin saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Seçilən
5
49
yeniazerbaycan.com

10Mənbələr