AZ

"Zorakılığa Son" pantomima tamaşası layihəsinin açılış mərasimi keçirilib

Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbdə 18 oktyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vlll qrant müsabiqəsinin qalibi olmuş "Zorakılığa Son "pantomima tamaşası adlı layihənin açılış tədbiri keçirilib.
Tədbirdə məktəbin rəhbərliyi, layihə icraçıları, müəllimlər, valideynlər və şagirdlər iştirak edi.

Layihənin açılış tədbiri zamanı ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş  şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Dünya Hacıağayeva layihənin məqsədi, vəzifələr, görüləcək işlər və gözlənilən nəticələr haqqında ətraflı məlumat verib. Həmçinin Oğuz məktəblərində zorakılıqla bağlı aparılmış ilkin tədqiqatın nəticələrini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Layihənin əsas məqsədi şagirdlərə zorakılığın zərərlərini və fəsadlarını pantomima vasitəsilə göstərmək, təhsil prosesinin iştirakçılarının diqqətini bu mövzuya çəkmək və tərəfləri bu mövzuda maarifləndirməkdir.

3 ay ərzində həyata keçiriləcək layihədə məqsədə aparacaq vəzifələr bu formada nəzərdə tutulub:
  1. Zorakılıq anlayışını anlamaq.
Şagirdlərə zorakılığın nə olduğu, necə baş verdiyi və növləri haqqında məlumat vermək.
Onları zorakılığın emosional, sosial və akademik zərərlərindən xəbərdar etmək.
 2. Pantomima səhnə sənətini öyrənmək.
Üz ifadəsi, jest və bədən dili texnikalarını praktikada öyrətmək. Pantomima vasitəsilə emosiyaları və hekayələri ifadə etmək bacarıqlarını inkişaf etdirmək.
  3. Zorakılıq ssenarisini hazırlamaq.
Şagirdləri zorakılıqla bağlı öz təcrübələrini və fikirlərini bölüşməyə həvəsləndirmək. Birlikdə pantomim ssenarisini yazmaq və səhnələşdirmək üçün onlarla əməkdaşlıq etmək.
  4. Məlumatlılığı artırmaq.
Hazırlanmış pantomima tamaşasını məktəbdə və digər platformalarda nümayiş etdirmək, zorakılığa qarşı reaksiya göstərmək və qarşısının alınması haqqında məlumatlılığı artırmaq.
  5. Bədii bacarıqlarını inkişaf etdirmək.
Onlara özlərinə inam və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək etmək.
Şagirdlərin mədəni cəsarətlərini, səhnə qabiliyyətlərini və ünsiyyət bacarıqlarını gücləndirmək.
  6. Empatiya hissini gücləndirmək.
Zorakılığa məruz qalanların hisslərini daha yaxşı başa düşməsinə kömək etmək. Bir-birinə qarşı hörmət və tolerantlıq hisslərini inkişaf etdirmək.
  Nəticədə bu layihə şagirdlərin zorakılıqla bağlı məlumatlı, özünü və yoldaşlarını qoruya bilən, zorakılıq etməyən və zorakılığa qarşı həssas fərdlər kimi valideynlərin iştirakını təmin edəcək. Zorakılığa məruz qalanlara qarşı daha həssas bir cəmiyyət yaranacaq. Tədbirin sonunda məktəbin direktoru Xatirə Novruzova, təlim-tərbiyə işləri üzrə direktor müavini Təhminə Eldarova və tədbir iştirakçıları layihə ilə bağlı öz fikirlərini söyləmiş və uğurlar arzulayıblar.

Sitat.info
 

Seçilən
6
2
sitat.info

3Mənbələr