AZ

Azərbaycana qar yağır 

19:19

Oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb.

Referans.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar(Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

----------
16:07

Azərbaycanda oktyabrın 26-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.  

Seçilən
3
40
referans.az

10Mənbələr