AZ

Qarabağda aparılan yenidənqurma işləri məndə böyük təəssüratlar yaratdı - britaniyalı səyyah

Bakı. Trend:

Qarabağda aparılan yenidənqurma işləri məndə böyük təəssüratlaryaratdı.

Trend-inməlumatına görə, bunu İngiltərədən olan səyyah Riçard Ellis,Britaniyanın "Piki Reels" klubunun nümayəndə heyətinin Qarabağasəfəri zamanı jurnalistlərə bildirib.

“Bu, Azərbaycana ikinci səfərimdir və həyat yoldaşımla birlikdəBakını özümüz üçün kəşf etdik. Bakı heyrətamiz şəhərdir, qədimmemarlıq və müasir yeniliklər burada ahəngdar şəkildə bir arayagəlir. Xüsusilə “Alov qüllələri” çox təsir edicidir”, - deyə o qeydedib.

Ellis əlavə edib ki, bu, onun Qarabağa ilk səfəridir və buradaaparılan yenidənqurma işləri onda dərin təəssürat yaradıb.

“Uzun illərdir burada baş verənləri xəbərlərdən izləyirdik. İndiburadakı mənzərə heyranedicidir və son illərdə həyata keçirilənbərpa işləri ilə yaradılan infrastruktur möhtəşəmdir”, - deyəbritaniyalı səyyah vurğulayıb.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın “Piki Reels” klubunun 33nəfərlik səyyah qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəribaşlayıb.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cüillərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Busəfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalqsəyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “blacktourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəngquruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.Bu, sadəcə bir turistik qrup deyil, 100-dən çox ölkəni gəzənbeynəlxalq səviyyədə səyahətçilərdir.

Seçilən
45
az.trend.az

1Mənbələr