Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Aygün Bayramova Xalq artisti, opera müğənnisi Şahlar Quliyevin vəfatından danışarkən deyib.
Xanəndə Şahlar Quliyevin ölüm xəbərinə çox üzüldüyünü bildirib:
"Xəstə olduğundan son vaxtlar teatra da gəlmirdi. Şahlar müəllim sənətkar idi, Opera və Balet Teatrı üçün çanını qoyub. Düzdür, yaşı ilə əlaqədar illərdir ki, pensiyada idi, amma ara-sıra gəlirdi tamaşalara. Allah ona rəhmət eləsin, belə sənətkarlar çox az-az olur".
Qeyd edək ki, Xalq artisti, opera müğənnisi Şahlar Quliyev bu gün 78 yaşında vəfat edib.
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.
O, "Leyli və Məcnun”da Nofəl, "Şah İsmayıl”da Aslan şah, "Aşıq Qərib”də Şahvələd, "Sevil”də Atakişi, "Arşın mal alan”da Süleyman, "Koroğlu”da Həsən xan, "Aida”da Amonasro, "Karmen”də Eskamilio, "Payatsı”da Tonio, "Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən "Qız qalası” və 2007-ci ildə lentə alınan "Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
10Mənbələr
-
olke.azAtasını itirən Nofəl Şahlaroğlu: "Heç nə düşünə bilmirəm..." ( 12424393)
-
day.az"Heç nə düşünə bilmirəm..." - Atasını itirən Nofəl Şahlaroğlu ( 12423637)
-
poliqon.infoAtasını itirən Nofəl Şahlaroğlu: "Heç nə düşünə bilmirəm..." ( 12421456)
-
milli.azAtasını itirən Nofəl Şahlaroğlu: "Heç nə düşünə bilmirəm..." ( 12421135)
-
demokrat.az"Xəstə idi, teatra da gəlmirdi..." ( 12419893)
-
teleqraf.comİngilislə ailə quran sənətçimiz: "İlk gün həyat yoldaşımla dedim ki..." - Müsahibə ( 12411181)
-
baki-xeber.comRegionlarda ali təhsil müəssisələri hələ "universitet formatına düşməyib?"... ( 12407590)
-
milli.azXalq artistinin oğlu: "Nənəm atama deyirdi ki, bu mütrübdür, niyə gətirmisən evə?" - Müsahibə - FOTO ( 12406465)
-
medianews.az“Atamın məzarı qəzalı vəziyyətdədir, müraciət etmişik, heç kim maraqlanmır” – Xalq artistinin qızı + FOTOLAR ( 12349567)
-
teleqraf.com"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı ( 12337210)