AZ

HÜRJET-in ikinci prototipi ilk uçuşunu yaxın günlərdə yerinə yetirəhəyata keçirməsi gözlənilir

TUSAŞ tərəfindən hazırlanan HÜRJET təlim təyyarəsinin ikinci prototipinin oktyabrın 29-da ilk uçuşunu həyata keçirməsi gözlənilir.

“Poliqon” “SavunmaSanayiST.com”a istinadən xəbər verir ki, HÜRJET-in ikinci prototipinin ilk uçuşunu Ankara şəhərinin Kahramankazan bölgəsində etməsi planlaşdırılır.

Xatırladaq ki, HÜRJET təlim təyyarəsinin birinci prototipi ilk uçuşunu 2023-cü ilin aprel ayında həyata keçirib və həmin tarixdən indiyə kimi 100 dən çox uçuş sınağı yerinə yetirib

HÜRJET, döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.

Seçilən
32
1
poliqon.az

2Mənbələr