AZ

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a, “Səbail” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşü “Araz-Naxçıvan”la “Zirə” arasında olacaq. Bu komandalar 5-ci dəfə Premyer Liqada üz-üzə gələcəklər. Əvvəlki 4 oyunda “Araz-Naxçıvan”ın 2, “Zirə”nin 1 qələbəsi var. Bir oyunda da heç-heçə qeydə alınıb. Qol vuran komanda qalib gəlib. Son üç qarşılaşmada qonaq komanda uduzmayıb.

Günün digər oyununda “Səbail” “Sumqayıt”ı qəbul edəcək. Bu komandaların əvvəlki 27 oyununda sumqayıtlıların üstünlüyü var. “Səbail” bu rəqibinə 8 oyunda qalib gəldiyi halda “Sumqayıt”ın 16 qələbəsi diqqət çəkir. 3 görüş də bərabərliklə yekunlaşıb. “Sumqayıt” son 8 matçda qol vurub. “Səbail” son 5 oyunda məğlub olub.

Premyer Liqa
11-ci tur
25 oktyabr

“Turan Tovuz” – “Kəpəz” 2:1
Qollar: Veysəl Rzayev, 15. Emmanuel Hakman, 90+4 – Luis Paçu, 76-pen.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu. Saat 19.00.

26 oktyabr

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mərdəkan. “Dalğa Arena”. Saat 16:00.

“Səbail” – “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bayıl Arena”. Saat 18:30.

27 oktyabr

“Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
“Masazır Arena”. Saat 17:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:00.

Seçilən
2
1
arena.az

10Mənbələr