"Balaca Şahzadə" kitabının əl ilə yazılmış nüsxəsi 1,25 milyon dollara satışa çıxarılıb
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, indiyə qədər nəşr olunan ən çox tərcümə edilmiş uşaq kitablarından biri olan "Balaca şahzadə"nin əllə yazılmış nüsxəsi 1,25 milyon dollara satışa çıxarılacaq.
1940-cı illərdə "Balaca Şahzadə"nin müəllifi Antuan de Sent-Ekzüperinin saxladığı üç mətndən biri olduğu deyilən nüsxə noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Əbu-Dabi İncəsənət Festivalında satışa çıxarılacaq
Nərmin Mahmudova
Milli.Az