AZ

“Bizi səhvlərə məcbur etdilər, yenə sonadək qorxmadıq”

"Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirilən oyundan sonra deyib.

O, rəqibin güclü futbolçulardan təşkil olunduğunu bildirib:

“Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq.

Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi. Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq.

Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq.

Nəticə bizi məyus etdi. Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı”.

Baş məşqçi cavab oyunu barədə də fikirlərini bölüşüb:

“Bu matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq”.

Azərbaycan - Portuqaliya matçı rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz oktyabrın 29-da Vizelada cavab matçına çıxacaq.

Seçilən
6
1
sportinfo.az

10Mənbələr