AZ

Mahir Emreli Almaniyada daha bir qol vurdu- VİDEO

Azərbacan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nurnberq” Almaniya ikinci Bundesliqasının hesabat turunda növbəti matçında çıxıb.

 

Sfera.az xəbər verir ki, Nurnberq təmsilçisi doğma azarkeşləri önündə “Reqensburq”u qəbul edib və rəqibini 8:3 hesabı ilə məğlub yola salıb.

 

Mahir Emreli isə qarşılaşmanın 23-cü dəqiqəsində qol vuraraq adını tabloya yazdırıb.

 

Bu qələbədən sonra xallarının sayını 16-ya yüksəldən “Nurnberq” turnir cədvəlinin 7-ci pilləsinə qalxıb.

 

Qeyd edək ki, M.Emreli ötən tur da “Qroyter”lə matçda fərqlənmişdi.

 

 

Seçilən
4
2
sfera.az

3Mənbələr