AZ

Kurban Berdıyev: “Ən pis oyunlarımızdan biri oldu”

Misli Premyer Liqasının XI turunun "Turan Tovuz" - "Kəpəz" matçından (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"Oyunun gedişatına əsasən onu deyə bilərəm ki, ən pis oyunlarımızdan biri oldu. Matçın əvvəlini istisna edə bilərik. Şükür Allaha qələbə qazandıq. Uşaqlara dedim ki, bundan nəticə çıxarmalıdır".

- Bu gün bəxtiniz gətirdi ki, qələbə qazandınız?

- Bəli. Razıyam. 

- Rəqib autsayder idi. Ola bilər ki, futbolçular oyuna rahat çıxmışdılar?

- Xeyr. Belə bir şey ola bilməz. Çünki oyunun əvvəlində futbolçularım daha diqqətli idilər. Fikirləri oyunda idi. Ancaq futbolçulara demişdim ki, "Kəpəz" hazırda layiq olduğu yerdə deyil. Onlar pis futbol oynamır. Sadəcə bəzi anlarda bəxtləri gətirmir. Ona görə biz tərəfdən qiymətləndirməmək ola bilməz.

- Xəyal Nəcəfov mövsümə yaxşı başlamışdı, sonradan milliyə də dəvət aldı. Ancaq milliyə dəvət aldıqdan sonra "Turan Tovuz"da əsas heyətdəki yerini itirib. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bəli, razıyam. Xəyal milliyə qədər yaxşı görünürdü, komandanın da liderlərindən biri idi. Amma millidən sonra Şəhriyarın və Xəyalın vəziyyəti bir qədər yaxşı olmadı. Forma yığmağa başladılar. Ancaq yenidən stabil olmadı. Fiziki baxımdan bir qədər yaxşı deyildi. Məsələ millinin baş məşqçisində deyil. Mən ona xüsusi hörmətlə yanaşıram. Məsələ Xəyaldadır. Şəhriyarla müqayisədə o millidən daha hazır vəziyyətdə gəlir. Həmçinin Xəyalın bəzi şəxsi problemləri də var, ailə ilə bağlı. Bu yöndə bacardığımız dəstəyi göstərmək istəyirik. Ümid edirik ki, formasını bərpa edəcək.

Cəlal oynadı, komandası qələbə qazandı

Millimiz Portuqaliyaya uduzdu - YENİLƏNİB

Birinci Liqa: “Difai” və "Baku Sportinq”dən qələbə - YENİLƏNİB

AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

"Sumqayıt" "Neftçi"nin futbolçusunu transfer edib - Rəsmi

Seçilən
0
4
apasport.az

6Mənbələr