AZ

Arvadı tərəfindən qətlə yetirildiyi bildirilən Hacının - FOTOsu

Ötən gün səhər saatlarında Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudov qətlə yetirilib.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, onun 1987-ci il təvəllüdlü həyat yoldaşı Raidə Mahmudova tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirilib və çarpayıdan yerə itələnməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Qətlə yetirilən Hacı Mahmudovun fotosunu təqdim edirik:

 

Seçilən
5
25
avtosfer.az

10Mənbələr