AZ

Paşinyan və Mirzoyan Bakıya gələcək?

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün dəvət alıb.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki,bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlayıb.

O bildirib ki, hazırda bu məsələ hökumətdə müzakirə olunur.

Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün şəxsən dəvət aldığı təsdiqlənib.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan onu da deyib ki, ölkənin COP29-da iştirakı məsələsi hökumət tərəfindən müzakirə olunur: “Biz Ermənistanın konfransda iştirakını sülhün bərqərar olması, humanitar məsələlərin həlli və konfransın iqlim gündəliyi kontekstində nəzərdən keçiririk”.

Seçilən
0
2
nocomment.az

3Mənbələr