AZ

Xəzər TV-nin efirində daha iki veriliş yayımlanacaq VİDEO

Xəzər Televiziyası daha bir layihə ilə tamaşaçılarının görüşünə gəlir.

Xəzər TV-nin dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqədə daha bir layihəsi qalıb olub. Audiovizual Şuranın və Medianın İnkişafı Agentliyinin dəstəyilə ilə hər şənbə saat 17:00 da Xəzər TV-nin efirində  ''Dostluq görüşü' verilişi yayımlanacaq. Verilişin məqsədi Azərbaycanın şəhərlərində, ucqar kənd və rayonlarında yaşayan gənclərin idmana olan həvəsini daha da yüksəltmək, onları peşəklar idmançıların həyat tərzi və nailiyyətləri ilə tanış etməkdir. Hər buraxılışda tanınmış bir idmançı qonaq olacaq. Azərbaycanın ucqar bölgələrindən birinə qonaq gedən idmançı orada eyni idman növü ilə məşğuşl olan pərəştişkarı ilə görüşəcək. Birlikdə idman edib, uğura gedən yolun sirlərini bölüşəcəklər. Daha sonra qonaq idmançı balaca pərəstişkarını özü ilə Bakıya gətirərək birlikdə məşq edəcək və bir gün keçirəcəklər.

Dostluq görüşünün ilk qonağı 7 qat Azərbaycan çempionu, 4 qat Avropa-Dünya mükafatçısı, yunan -Roma güləşçisi Taleh Məmmədovdur. Güləşçinin Cəlilabadda pərəstişkarı Zaurla necə bir gün keçirdiyini şənbə günü biləcəksininiz.

Verilişin müddəti 40-45 dəqiqə nəzərdə tutulur.

İkinci qalib layıhə isə ''Sıravi ulduz'' adlanır. Bu verilişdə isə cəmiyyətdə tanınan, gənclər arasında rəğbət qazanan məşhur simalardan biri Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bir gününü keçirir. Həmin gün ərzində əsgərlərlə birlikdə səhərdən axşamadək verilən tapşırıqları yerinə yetirir. Məqsəd Azərbaycan ordusundakı nizam - intizamı göstərməklə yanaşı,  yerli silahların hazırlanma prosesi ilə də tamaşaçıları tanış etməkdir. Veriliş, xüsusilə gənclərdə vətənpərvərlik, vətənə sevgi hisslərini gücləndirmək üçün nəzərdə tutulub.

Verilişin ilk qonağı aktyor Ülvi Həsənli olacaq. Bir-birindən maraqlı buraxılışlar hər həftənin bazar günü saat 17:30-da tamaşaçılara təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
2
xezerxeber.az

3Mənbələr