AZ

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Misli Premyer Liqasında "Turan Tovuz" "Kəpəz"i məğlub edib.

"Cebheinfo.az" xəbər verir ki, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.

Oyunda hesabı 15-ci dəqiqədə tovuzluların heyətində Veysəl Rzayev açıb. 76-cı dəqiqədə "sarı-göylər"in heyətində penalti zərbəsini dəqiq yerinə yetirən Luis Paçu "status-kvo"nu bərpa edib. Ev sahibləri qələbə qolunu 90+3-cü dəqiqədə vura biliblər. Emmanuel Hakman dəqiq zərbə müəllifi olub.

Hazırda "Turan Tovuz" 21 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Sonuncu - 10-cu olan "Kəpəz"in 3 xalı var.

"Cebheinfo.az"

Seçilən
0
7
cebheinfo.az

8Mənbələr