AZ

Mikayıl Cabbarov Rikardo Hausmanla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla videokonfrans formatında görüşüb.

Bu barədə 7NEWS.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib. "Growth Lab" Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib.

Mərkəz tərəfindən irəli sürülən və COP29 çərçivəsində təqdim ediləcək "Yaşıl artım portalı" layihəsi ilə tanışlıq olub. Portal "Growth Lab"ın "İqtisadi mürəkəbblik" metodologiyasına əsasən hər bir ölkəyə yaşıl inkişaf imkanlarını müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın "yaşıl artım" istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.

Tərəflər Harvard Universiteti ilə əməkdaşlığın gündəliyindəki digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

18:20

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rikardo Hausmanla videokonfrans formatında görüşdə iştirak edib.

Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "Instagram" hesabında paylaşım edib.

Bildirilib ki, Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausman ilə videokonfrans formatında keçirilən görüşdə iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüslər, COP29-da təqdim olunacaq "Yaşıl artım portalı" layihəsi, vergi inzibatçılığında aparılmış islahatların əmək bazarına təsiri daxil olmaqla ikitərəfli əməkdaşlığın gündəliyindəki məsələlər müzakirə edilib.

 

 


Seçilən
0
5
7news.az

6Mənbələr