AZ

DİQQƏT: Yanğına görə bağlanan yol açıldı

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Xatırladaq ki, Bakı şəhəri, Babək prospektində yerləşən obyektlərdən birində yanğın baş verib.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bizim.Media

Seçilən
1
4
bizim.media

6Mənbələr