AZ

Bu şəxslərə verilən müavinət ARTIRILIR

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin şəxslərə ilk dəfə işə düzələn zaman verilən yardımların artırılması müzakirə edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik layihəsi ikinci oxunuşa təqdim edilib.

Komitə sədri Musa Quliyev dəyişikliyin sözügedən kateqoriyadan olan uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını vurğulayıb.

Müzakirələrdən sonra sözügedən qanun layihəsi və gündəliyə daxil edilmiş “Arbitraj haqqında” icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında layihə ikinci oxunuşda plenar iclasa tövsiyə edilib.

Seçilən
6
4
publika.az

10Mənbələr