AZ

Daha bir qrup işəgötürən “DOST Müfəttiş” layihəsi ilə tanış olub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlət və özəl sektora aid daha bir qrup işəgötürən üçün nazirliyin “DOST Müfəttiş” layihəsinə dair təqdimat olub. Qurumdan SİA-ya bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının də iştirakı ilə keçən görüşdə layihəyə qoşulmaq üçün müraciət etmiş dövlət və özəl qurumların nümayəndələrinə layihə haqqında geniş təqdimat edilib. Bildirilib ki, layihə ölkəmizdə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədi ilə tətbiq edilir. Layihə çərçivəsində müəssisələrdə inzibati məsuliyyət risklərinin azaldılması, əmək qanunvericiliyinə əməl edilməsi istiqamətində preventiv tədbirlərin tətbiqi, əməyin mühafizəsi üzrə fəaliyyətin düzgün təşkili, insan resursları proseslərinin optimallaşdırılmasına və “Əmək və Məşğulluq” altsisteminin tətbiqi ilə bağlı texniki məsələlərdə dəstək göstərilir.

“DOST Müfəttiş” layihəsinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi vurğulanıb. Bu günlərdə Böyük Britaniyadakı “Corporate Vision” təşkilatının keçirdiyi “Small Business Awards 2024” beynəlxalq müsabiqəsində “DOST Müfəttiş” layihəsinin qalib seçilərək mükafata layiq görüldüyü qeyd edilib.

Görüşdə layihənin müəssisələrdə tətbiqi haqqında geniş müzakirə aparılıb. Görüşün sonunda qurumlara layihə planı təqdim olunub.

Seçilən
2
6
sia.az

7Mənbələr