AZ

Bayden obrazını canlandıran aktyor: "ABŞ sanksiyalarından qorxmuram!"

Aktyor Dmitri Dyujev Gazeta.Ru-ya müsahibəsində maraqlı fikirlər səsləndirib. O, etiraf edib ki, oynadığı Amerikanın 46-cı prezidenti Cozef Bayden roluna görə ABŞ-nin mümkün sanksiyalarına düşməkdən qorxmur.

Dyujev qeyd edib ki, ona artıq Kanada və Latviya hökumətləri tərəfindən sanksiya tətbiq olunub.

Dyujevin sözlərinə görə, TNT kanalı press-reliz yayan kimi hamı Bayden haqqında çəkilmiş serial barədə yazmağa və danışmağa başlayıb. Üstəlik, sənətçi bir fransız kanalının məlum kinolayihəyə bütöv bir veriliş həsr etdiyini söyləyib. Orada ssenari müəllifləri, rejissorlar və baş rol ifaçısından danışlıb.


Tural

Seçilən
13
news365.az

1Mənbələr