AZ

Müasir ədəbiyyatda qadınlar nə olursa olsun uğur qazanırlar

Hazırda yeni  qadın yazıçı, şairlərin və ədəbiyyat tədbirlərində onların  iştirakçılıqlarının az olması diqqət çəkən nüanslardandır. “Salaam Cinema Mədəniyyət və İncəsənət Məbədi”-nin tərkibində “Yazı Laboratoriyası” bu bərabərsizliyi aradan qaldırmaq üçün “Ədəbiyyat səhnəsində qadınlar zamanı”  adlı açıq mikrafon  tədbiri keçirib.

Təşkilatın “Yazı Laboratoriyası” proqramının bir hissəsi olan bu təşəbbüs, ədəbiyyatda mövcud bərabərsizliyə qarşı çıxmaq və qadınların öz əsərlərini və düşüncələrini paylaşmaları üçün bir platforma yaratmaq məqsədi daşıyırdı. Tədbirin iştirakçılarından olan eksperimental şair və tarixçi Elnurə Hüseynova, qadın yazıçıların üzləşdiyi maneələr və belə görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşdü.

Müstəqil Təşəbbüslər

Hüseynova tədbirdə öz şeirlərini səsləndirdi və sənətin utopik potensialından danışdı. O, belə tədbirlərin yeni insanlarla tanış olmağa və fərqli formatlarda özünü sınamağa şərait yaratdığını vurğuladı. “Belə görüşlərin ictimai əhəmiyyəti, insanların bir araya gəlməsi ilə bağlıdır. Son illərdə daha çox vaxtımızı sosial şəbəkələrdə keçiririk, amma belə bir icmanın bizi bir araya gətirməsi çox müsbət haldır,” - deyə Hüseynova qeyd edib.

Bu görüşün əhəmiyyəti barədə danışaraq, əlavə etdi: “Salaam Cinema-nın tədbirləri insanları offline şəkildə bir araya gətirir. Bu, xüsusi göstərişlə deyil, fərdlərin bir araya gəlməsi ilə mümkün olan müstəqil bir təşəbbüsdür.”

“Heç görmüsünüzmü, bir kişi kişi yazıçı olmağın çətinliklərindən şikayət etsin?”

Hüseynova Azərbaycan ədəbiyyatının tez-tez kişi məclisi kimi hiss olunmasına səbəb olan sistematik problemlərə diqqət çəkdi. O, siyasi və ideoloji strukturların, həmçinin kişilər arasındakı şəxsi münasibətlərin və tanışlıqların qadın yazıçıların görünürlüyünü çətinləşdirdiyini vurğuladı. Onun sözlərinə görə, “Qadınlar daha çox kvota kimi qəbul edilir, qadın şair və yazıçılar fərqli bir növ kimi görülür.

“Mən sırf şairəm; mənim üçün qadın və ya kişi olmağın heç bir fərqi yoxdur. Amma qadın kimi hər zaman ‘qadın mövzusunda’ danışmağa məcbur edilirik,” - deyə o bildirib.

Bu fikirlər hazırda Azərbaycanın müstəqil qadın yazıçıları arasında geniş yayılmış düşüncələri əks etdirir. Salaam Cinema kimi təşəbbüslər yeni qadın yazıçılara tanınmaq və əlaqələr qurmaq üçün imkanlar yaradır, onların inkişafına və ədəbiyyatda mövcud maneələri aşmasına şərait yaradır. Bu cür tədbirlər Azərbaycanın ədəbiyyat aləminə müxtəliflik qatmaqla, qadın səslərinin tanınması və qiymətləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atmağa davam edir.

 

Seçilən
21
turan.az

1Mənbələr