AZ

"Səhər 5-də belə durub bu haqda düşünürəm"

Əməkdar artist Dilarə Əliyeva media nümayəndələri ilə görüşüb.

Publika.az axşam.az-a istinadən bildirir ki, aktrisa oktyabrın 26-da keçiriləcək stand-up şousundan danışıb. O, gecənin adının "Mintonasiya" olmasından söz açıb:

"Konsertimin ssenarisi, ideyası Fariz Əliyevə məxsusdur. Ad təklifi ondan gəldi. İllərdir bunun planını qururduq, amma gerçəkləşdirə bilmirdik. Fariz də maraqlı adlar təklif etdi, ən ürəyimcə olanı bu idi. Mən söz adamıyam. Stand-up-ı o adam gerçəkləşdirə bilər ki, onlar Allahdan komediyaçı doğulublar. Onlar hazırcavablıq nümayiş etdirə bilir. İntonasiya önəmlidir. İntonasiya ilə dost da, düşmən də qazana bilərsən. Hər şey bundan asılıdır".

Aktrisa konsertdə danışacağı mövzulardan danışıb:

"Tamaşaçı buradan bolluca gülüş, gözlənilməzliklər gözləsinlər. Burada gözlənilməz və ya gözlənilən mövzular ola bilər. Şou-biznesdən çox danışmışıq, dedik bu dəfə dincəlsinlər. Bir dəfə şou-biznesdən danışdım, zənglər gəldi. Bizim kimi insanlar səhnədə güzgü effekti ilə çıxış edir. Nəsə deyəndə mənə yox, özünə baxmalısan. Kiminsə nəsə xoşuna gəlmirsə, problemi özündə axtarsın. Kişi-qadın mövzusuna toxunacağıq. Hər zaman kişilər danışır, bu dəfə qadın danışacaq. Qadınların iç səsi olaraq, əlimə düşən mikrofonla sözlər deyəcəyəm".

Seçilən
3
2
publika.az

3Mənbələr