AZ

Emrah sirr kimi saxladığı oğlunu səhnəyə çıxardı, tənqid olundu - VİDEO

İllərdir böyük oğlu Tayfunun üzünü görməyən Türkiyəli müğənni Əmrah kiçik oğlu Elesanı səhnəyə çıxarıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kiçik Emrah" kimi tanınan və karyerasını aktyor və müğənni kimi davam etdirən Emrah özəl həyatı ilə də tez-tez gündəmdədir.

Ebru Çolakla evliliyindən dünyaya gələn oğlu Tayfunla görüşməkdən imtina edən Emrah digər yoldaşından olan oğlunu son konsertində səhnəyə çıxarıb.Müğənninin oğlunu "Balaca Əmrah" kimi təqdim etməsi də diqqətdən yayınmayıb.

Sosial şəbəkələrdə görüntülərlə bağlı şərhlər yazılıb. Övladları arasında ayrı-seçkilik edən Əmraha "Niyə Tayfuna belə deyilsən?", "Tayfunun nə günahı vardı?"  kimi şərhlər edilib.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
19
1
milli.az

2Mənbələr