Hindistanda tropik fırtına xəbərdarlığı edilib.
Hindistanda Benqal körfəzində tropik fırtına səbəbindən məktəblərdə təhsil dayandırılıb. 300 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.
Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamada küləyin sürətinin saatda 100-120 kilometr olduğu və bu gün gec və ya sabah səhər saatlarında ölkənin şərq sahillərindən quruya çatmasının gözlənildiyi qeyd edilib./News24.az