AZ

"EuroHome”in sahibinin çoxbaşlı oyunu: kimdən kimə şikayət qəbul olunub? - Azay Möhnətov və oğlu ilə bağlı şok məlumatlar yayıldı

Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən “EuroHome” tikinti bazarının sahibi Azay Möhnətov 5 il əvvəl baş vermiş yanğından sonra zərərçəkmişlərə kompensasiya ödəməmək üçün özünü “müflis” elan edib.

Mia.az "Haqqin.az"a istinadla xəbər verir ki, bu fakt Möhnətovla zərərçəkmişlər arasında məhkəmə prosesi zamanı açıqlanıb.

Qeyd edək ki, Azay Möhnətov kifayət qədər iri biznesmen və demək olar ki, oliqarx hesab olunur, çünki o, qeyd olunan bazarla yanaşı, “AF Holding” şirkətlər qrupunun və “Uğur-97” MMC-nin prezidenti, habelə AF Hotel Aqua Parkın sahibidir.

Bu yaxınlarda keçmiş kirayəçilər "EuroHome" MMC-nin əmlakı vasitəsilə dəymiş ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət ediblər. Amma məhkəmə zamanı məlum oldu ki, yanğının baş vermə şəraitinin araşdırılması zamanı "EuroHome" şirkətinin bütün əmlakı Azay Möhnətovun özünə və bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.

İstintaq sənədlərinə görə, “EuroHome” şirkətinin təsisçisi olan Azay Möhnətov Binəqədi Rayon Məhkəməsinə müqavilə təqdim edib ki, hələ yanğından əvvəl öz şirkətinə 500 min manat borc verib. Üstəlik, borc məbləğinin 200 minini almayıb və buna görə də onların qaytarılmasını tələb edib.

Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova qərar çıxarıb ki, şirkət Möhnətova olan borcunu qaytarmalıdır. Bundan sonra Azay Möhnətov və onun şəxsi şirkəti olan “EuroHome” MMC arasında barışıq sazişi imzalanıb və bu müqavilə çərçivəsində sahibkar 200 min manat borc müqabilində 4 hektara yaxın ərazisi olan torpaq sahəsi alıb. Həmçinin ticarət mərkəzinin yerləşdiyi 4000 kvadratmetr sahəsi olan əmlak kompleksii əldə edib

Həmçinin bu ilin əvvəlində “Azsığorta” MMC Azay Möhnətov ovə onun oğlu Aqil Möhnətovu məhkəməyə verib. İddia bəzi hüquq pozuntularına görə məsuliyyəti nəzərdə tutur, təfərrüatları hələ açıqlanmır.

Seçilən
3
3
mia.az

4Mənbələr