BMT Təhlükəsizlik Şurası (TŞ) Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.
“Azreform.info ” bu barədə "Trt Haber"ə istinadən xəbər verir.
Bildirilib ki, qurumun yaydığı bəyanatda hücuma görə məsuliyyət daşıyanlar, onu maliyyələşdirənlər və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.
Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Bizim Telegram kanalımıza abunə olun