AZ

BVF Azərbaycanda qarşıdan gələn COP29-da mühüm rol oynamağı səbirsizliklə gözləyir - Cihad Azour

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda keçiriləcək COP29-damühüm rol oynamağı səbirsizliklə gözləyir.

Bunu BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinindirektoru Cihad Azur keçirdiyi mətbuat konfransı zamanı Trend-in sualına cavab olaraq bildirib.

"Fond COP29-un hazırlanmasında Azərbaycanın mühüm tərəfdaşıolub. Ötən il və ondan əvvəl Fond ölkələrə transformasiya və iqlimdəyişmələri ilə bağlı işləri sürətləndirməyə kömək etmək üçünproqramlar təqdim etməklə, iqlim sahəsində üzvlərə dəstəyinigenişləndirib.

Uzunmüddətli iqlim prioritetlərini maliyyələşdirmək üçün buhəftə səlahiyyətlilərlə bir neçə görüş keçirəcəyik.

Fond səlahiyyətlilərlə fəal tərəfdaşlığını davam etdirməyi vəCOP29-da mühüm rol oynamağı səbirsizliklə gözləyir”.

Azourun sözlərinə görə, BVF iqlim məsələlərini müşahidədə əsasistiqamətlərə yönəldir və prioritetlər, o cümlədən, Qafqaz vəMərkəzi Asiya regionu üzrə zəngin biliklər təqdim edir.

"Fond bu yaxınlarda region üçün uyğunlaşmanın əhəmiyyəti, eləcədə təsirlərin azaldılması və iqlimin maliyyələşdirilməsiməsələsinin həlli ilə bağlı bir sıra analitik materiallarhazırlayıb. Bunlar COP29 zamanı nümayiş etdiriləcək", - BVF rəsmiəlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
17
2
az.trend.az

3Mənbələr