AZ

BMW bu ölkə üçün 30 ədəd eksklüziv avtomobil buraxacaq - FOTO

BMW şirkəti mexaniki sürət qutusu ilə xüsusi bir versiya olan M2 modeli istehsal edəcək.

İqtisadiyyat.az xəbər verir ki, Bavariya brendinin mühəndisləri cəmi 30 belə avtomobil yığacaq və bu modellər adi M2-dən fərqli olaraq yalnız altı pilləli mexaniki sürət qutusu ilə təchiz ediləcək.

Bundan əlavə, avtomobillərin interyer dizaynında fərqliliklər olacaq, lakin texniki baxımdan heç bir dəyişiklik gözlənilmir.

"BMW M2 Coupe 30 Years Edition" adı verilən bu avtomobillər mavi (Frozen Portimao Blau metallic) və boz (Frozen Pure Grey metallic) rənglərində mövcud olacaq. Kupe modellərinin salonlarında qırmızı və ya qara merino dərisi ilə örtülmüş oturacaqlar, karbon lifindən hazırlanmış əlavələr və alkantara ilə örtülmüş sükan olacaq.

Xüsusi buraxılışın güc mənbəyi iki turbokompressor ilə təchiz olunmuş, 480 at gücü və 550 Nm fırlanma anı yaradan üç litrlik altı silindrli mühərrik olacaq.

"BMW M2 Coupe 30 Years Edition"-un Meksikadakı qiyməti 107 650 dollar təşkil edəcək (174 min 505AZN).

Beləliklə, limitli buraxılış az sayda alıcı üçün adi M2-dən 20 min dollar (34 min AZN) daha baha başa gələcək.

Seçilən
3
1
iqtisadiyyat.az

2Mənbələr