AZ

"Azərbaycan tərəfi öz vəzifələrini layiqincə yerinə yetirir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün geniş bir heyətlə hamımız Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Komandanlığının tabeliyində olan döyüş gəmilərinin iştirakı ilə genişmiqyaslı təlimləri müşahidə etdik". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu təlimlər zamanı Sahil Mühafizəsinin şəxsi heyəti tərəfindən yüksək peşəkarlıq və ustalıq nümayiş olundu: "Bir sıra manevrlərin şahidi olduq. Eyni zamanda həmin heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün tədris prosesini izlədik. Görünən odur ki, Azərbaycan tərəfi 817 kilometrlik dəniz sərhədləri boyunca kifayət qədər üstün imkanlara malik 12 döyüş gəmisindən və çox sayda katerlərdən istifadə etməklə öz vəzifələrini layiqincə yerinə yetirir.

Hesab edirəm ki, bundan sonrakı dövrdə də dövlətimiz sərhəd və digər təhlükəsizlik elementlərinin daha da üstün səviyyəyə çıxarmaq üçün kifayət qədər zəruri olan addımlar atacaq. Sərhəd mühafizəsinin təmin olunması üçün heç bir şeyi əsirgəməyəcək".

Müəllif: Söylü Ağazadə
Seçilən
18
1
sia.az

2Mənbələr