AZ

İyirmi beş il sonra oynanılan “şimal derbisi”ndə “Şahdağ” qalib gəldi

İyirmi

Quba, 24 oktyabr, Elxan Yusifli, AZƏRTAC

İkinci liqanın 8-ci turunda Qubanın “Hypers” və Qusarın “Şahdağ” komandaları qarşılaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki qonşu rayonu təmsil edən futbol komandaları arasında Azərbaycan peşəkar liqaları çərçivəsində sonuncu matç 25 il əvvəl oynanılıb. Bu səbəbdən “şimal derbisi” adlandırılan matç yerli azarkeşlər tərəfindən böyük futbol bayramı kimi qeyd olunub.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç “Şahdağ”ın üstünlüyü ilə başlayıb. Oyunun ilk hissəsində qusarlılar 2:0 önə keçib. “Hypers” ikinci hissədə qolların əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyib. Matç “Şahdağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Səkkiz turun hamısında qalib gələn “Şahdağ” 24 xalla İkinci liqanın turnir cədvəlinə başçılıq edir.

Seçilən
18
2
azertag.az

3Mənbələr