AZ

İranın İsrailə hücumlarının Tehran üçün mənfi nəticələri olacaq - Blinken

İranın İsrailə mümkün hücumları Tehranın maraqları üçün “son dərəcə mənfi” nəticələrə səbəb olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz regiondakı tərəfdaşlarımızla da işimizi davam etdiririk. İrana İsrailə qarşı növbəti hücumların İranın maraqları üçün son dərəcə mənfi nəticələrə səbəb olacağını çox aydın şəkildə çatdırmaq” - Blinken bildirib.

“İranın növbəti hücumlarının qarşısını almaq üçün nəyin edilə biləcəyini araşdırmaq üçün İsraillə işləyirik. Bu, regionda sülh və təhlükəsizliyi təmin etmək üçün həyati əhəmiyyət kəsb edir. Bununla belə, biz hər hansı sonsuz bir eskalasiya dövrü ilə nəticələnməyəcək şəkildə həyata keçirilməsini təmin etmək istəyirik. Bu heç kimin marağında olmazdı. Bunun üzərində işləyirik”, - Blinken əlavə edib.

Seçilən
19
5
ucnoqta.az

8Mənbələr