AZ

“TikTok” platformasında Azərbaycanda populyar olan məzmunun əsas kateqoriyaları açıqlanıb

Bakı. Trend:

Azərbaycanda ən populyar məzmun kateqoriyaları təhsil, mətbəx vəidman kimi sahələri əhatə edir.

Trend xəbər verir ki, bunu“TikTok”un Türkiyə, Azərbaycan, Mərkəzi və Cənubi Asiya üzrə QlobalBiznes Həlləri Departamentinin rəhbəri Barış Aldanmaz "TikTok forBusiness" platformasının Azərbaycanda təqdimatı zamanıbildirib.

"Azərbaycanda ən populyar məzmun kateqoriyaları arasındaaşağıdakıları qeyd etmək olar: yumor və əyləncə, təhsil, mətbəx,oyunlar, idman, yaşam tərzi və cəmiyyət. Bu kateqoriyalarAzərbaycan “TikTok” auditoriyasının əsas maraqlarını əks etdirir vəplatformada tələb olunan məzmunun müxtəlifliyini nümayiş etdirir.Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycanda “TikTok”auditoriyası aktiv şəkildə trendlərə və çağırışlara qoşulur, bu daviruslu videoların sürətlə yayılmasına kömək edir. Bundan əlavə,mədəni ənənələr, musiqi və milli mətbəxlə bağlı yerli məzmununpopulyarlığının artması müşahidə olunur", - o deyib.

Seçilən
34
az.trend.az

1Mənbələr