AZ

BMU-nun jurnalı “Scopus” beynəlxalq bazasına daxil edilib

Bakı Mühəndislik Universiteti (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri professor Rakib Əfəndiyevin baş redaktoru olduğu jurnal (“Journal of Contemporary Applied Mathematics”) “Scopus” beynəlxalq elmmetrik bazasına daxil edilib.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan bildirilib. Kafedra tərəfindən nəşr olunan jurnalın geniş beynəlxalq auditoriyaya malik “Scopus” indeksləşmə bazasına daxil edilməsi təkcə universitetin akademik inkişafı və tədqiqatların keyfiyyətinin artırılması baxımından deyil, eyni zamanda, Azərbaycan elminin dünya elminə inteqrasiyası cəhətdən də böyük əhəmiyyət daşıyır.

“Scopus” jurnalında yer alan məqalələrin böyük oxucu kütləsinə əlçatanlığını təmin etməklə yanaşı, həm də məqalələrin daha çox sitata alınması şansını artırır, jurnalın və müəlliflərin tədqiqatlarının geniş tanınmasına kömək edir. Bu elmmetrik bazadan bütün dünya üzrə müəllimlər, tədqiqatçılar, tələbələr və mütəxəssislər elmi işlərini araşdırmaq, sitatlama statistikasını izləmək və yeni elmi məlumatları tapmaq üçün istifadə edirlər.

Qeyd edək ki, milli elmi jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi üçün tələb olunan kriteriyalara cavab verməsi əsas şərtdir. Bura jurnalın dünya standartlarına uyğunluğu, ingilis dilində yayımlanması, redaksiya heyətində istər ölkə daxilində, istərsə də xaricdə tanınan, akademik profil səhifələri, beynəlxalq elmi axtarış sistemlərinə çıxış imkanları olan alimlərin təmsil edilməsi, çapının müntəzəmliyi kimi mühüm meyarlar daxildir.

Seçilən
0
7
tehsil.biz

8Mənbələr