AZ

Ankarada məhv edilən terrorçu qadının da adı AÇIQLANDI - FOTO

Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum edən ikinci terrorçunun da adı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Mənbə qeyd edir ki, bu, Mine Sevjin Alçiçekdir.

Xatırladaq ki, bundan öncə 1-ci terrorçunun da adı ictimaiyyətə açıqlanmışdı. O, şəxs “Rojger” kodu ilə tanınan Ali Örekindir.

Hücum zamanı öldürülən hər iki terrorçu PKK üzvü olub.

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın zavodunda törədilən terror nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.




Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr