Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq.

Offsideplus.az xəbər verir ki, bunu “Turan Tovuz”la oyunöncəsi “Kəpəz”in futbolçusu Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyalı forvard hazırlıq prosesində məşqçilərin verdiyi tapşırıqlar üzərində ciddi şəkildə çalışdığını vurğulayıb. O, gərgin bir oyunun olacağını da qeyd edib:

Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidi”.

Paçu ötən mövsümü “Turan Tovuz”da keçirdi. O, Qərb derbisinin onun üçün fərdi planda prinsipial olmadığını bildirib:

"Növbəti çempionat oyunudu. Düzdür, əzəli rəqabəti nəzərə olaraq matçın prinsipial statusda olduğunu deyə bilərik. Biz meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mən mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.

Qeyd edək ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Kəpəz” görüşü saat 19:00-da başlayacaq