AZ

Filippində güclü qasırğa nəticəsində 24 nəfər ölüb

Filippinin şimal-şərqində "Trami" tropik qasırğasının səbəb olduğu yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 24 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, fırtına nəticəsində yağan yağış, daşqın və torpaq sürüşməsi ölkənin şimal-şərqində müxtəlif ştatlarda həyatı iflic edib. Səlahiyyətlilər daşqınlar və torpaq sürüşmələri səbəbiylə şəhər və kəndlərə getməyin çətinliyinə diqqət çəkərək, ölənlərin sayının artacağının bildiriblər. Daşqın səbəbindən çox sayda avtomobil yollarda, vətəndaşlar isə evlərin damında qalıb.

Səlahiyyətlilər Luzon adasında məktəblərin və hökumət binalarının 2 gün bağlı qalacağını açıqlayıblar.

Seçilən
16
cebheinfo.az

1Mənbələr