AZ

Pulemyotla şəkil paylaşdı, cərimə edildi

"Instagram" sosial şəbəkəsində pulemyotla şəkil paylaşan şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1998-ci ildə Balakən rayonunun İtitala kəndində anadan olmuş K.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

K.D. məhkəmədə silahın Rusiyada başqa şəxsə aid olduğunu, həmin paylaşımı beş il əvvəl qonşu ölkədə etdiyini bildirib. Əməlindən peşiman olduğunu deyən təqsirləndirilən şəxs bir daha belə hərəkətə yol verməyəcəyini bildirib və barəsində qanuni qərar qəbul edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə K.D. 150 manat məbləğində inzibati qaydada cərimə edilib. 

Aydın

Seçilən
0
32
qaynarinfo.az

10Mənbələr