AZ

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakı. Trend:

Oktyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağıehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19°isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasənyağmursuz keçəcək. Lakin dağlıq ərazilərdən başlayaraq bəziyerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı, şimşəkçaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı,dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərbküləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20°isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Məqalədə:
Seçilən
3
49
az.trend.az

10Mənbələr