AZ

Azərbaycan şahmatçıları Bəhreynin Amerika Universitetində çıxış edəcəklər

Manamada keçirilən gimnaziadaya gedən Azərbaycan şahmatçıları Bəhreyn Amerika Universitetində çıxış edəcəklər.

İdman.biz xəbər verir ki, məhz adıçəkilən məkan şahmat yarışının keçirilmə yeri kimi müəyyən edilib.

Şahmatda ən çox - 24 iştirakçı ilə təşkilatçı ölkə Bəhreyn təmsil olunur (12-si kişilərin, 12-si də qadınların yarışında).

Qeyd edək ki, yarışda Azərbaycanı Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli təmsil edəcək.

Gimnaziadada şahmat yarışları oktyabrın 25-29-da keçiriləcək.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr