AZ

ADU-da “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycanşünaslıq"Elmi Mərkəzi, Beynəlxalq Jurnalistika Şöbəsinin birgətəşkilatçılığı ilə universitetin nəşri olan, Ulu öndər HeydərƏliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründəingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabıntəqdimatı və müzakirəsi keçirilib.

Təqdimat mərasimində çıxış edən universitetin rektoru akademikKamal Abdulla kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsətəşəkkürünü çatdırıb, kitab haqqında məlumat verib. Kitabınəhəmiyyətindən danışan rektor gənc tədqiqatçıların elmi işindəonlar üçün böyük töhfə verəcəyini də söyləyib:

“Çox mürəkkəb dövrü əhatə edən bu kitab dünya ölkələrində,əsasən, xarici ölkələrdə Azərbaycana qarşı münasibəti ortaya qoydu.Bu münasibət müxtəlif yazılarda özünü göstərirdi. Həmin dövr Uluöndər Heydər Əliyevin ikinci hakimiyyəti dövrünə təsadüf edir.

Kitabda 1993-2003-cü illərdə Azərbycan və onun ətrafında başverən hadisələrin Amerika, Avstraliya, Kanada və digər ölkələriningilisdilli mətbuatında Azərbaycan haqqında dərc olunanməqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. Kitab həmçininhər bir istiqamətdə elmi iş yazan gənc alimlər və tələbələr üçünfaydalı olacaq”.

Universitetin prorektorları - Elmi işlər üzrə prorektoru,professor Novruz Məmmədov, - Beynəlxalq əlaqələr üzrə prorektorJalə Qəribova yeni nəşrin əhəmiyyətindən danışıblar. Qeyd edilibki, kitab müvafiq sahədə faydalı əhəmiyyətə malikdir.

Təqdimatda kitabın elmi redaktoru, Regionşünaslıq kafedrasınındosenti Aqil Şahmuradov, kitabın rəyçisi, "Azərbaycanşünaslıq"EM-in baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Həmkarlarİttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Regionşünaslıqkafedrasının müdiri professor Sevdagül Əliyeva, Azərbaycanədəbiyyatı kafedrasının dosenti Aynurə Hüseynova çıxış ediblər.

Məruzəçilər fikir və mülahizələr zamanı, kitab üzərində işintəkcə məqalələr üzərində Azərbaycan dilinə tərcümə edilməsi iləməhdudlaşmadığını, eyni zamanda, Azərbaycan reallıqlarını mətbuatsəhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yolverdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalarlaüzə çıxarıldığını və belə məqamların hər biri barədə, həmçininkitaba daxil edilən materiallarda öz əksini tapan hadisə vəproseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında damüvafiq şərhlər verildiyi haqqında söhbət açıblar. Kitabısiyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar və digərmütəxəssislər üçün son dərəcə faydalı vəsait kimiqiymətləndiriblər.

Həmçinin qeyd olunub ki, kitabda yer alan məqalələr əsasənErmənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi,siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatəetdir. Kitabın ictimai-siyasi, elmi və didaktik əhəmiyyətə malikolduğu da vurğulanıb.

Təqdimat tələbələrin sualları ilə davam edib.

Qeyd edək ki, layihənin ideya rəhbəri Azərbaycan DillərUniversitetinin rektoru akademik Kamal Abdulladır. Layihəninicraçı-koordinatorları ADU-nun "Azərbaycanşünaslıq" Elmi Mərkəzininmüdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və"Azərbaycanşünaslıq" Elmi Mərkəzinin elmi işçisi SuğraƏləkbərlidir.

Kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, AysuHüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Bəylərova, GülnarNağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, TəvəkkülZeynallıdır.

Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru AqilŞahmuradovdur.

Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adınaAkademiyasının rəisi Elşad Nəsirov, ADU-nun "Azərbaycanşünaslıq"Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, BakıDövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri AbutalıbCəlilovdur.

Akademik Kamal Abdullanın rəhbərliyi ilə həyata keçən bulayihə-kitabda müstəqillik dövründə ingilisdilli mətbuatdaAzərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlaramünasibəti ifadə edən şərhlər də öz əksini tapmışdır. Təqdim olunanbu kitabda Azərbaycanın siyasi-ictimai fikrinin istiqamətini, qonşuxalqın işğalçılıq siyasətini müəyyən etmək, bunların nə qədərziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün xüsusiəhəmiyyət kəsb edir.

ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
ADU-da
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
525
9
az.trend.az

10Mənbələr