AZ

BRICS universitetlərinin reytinqi açıqlanıb

2024-cü il üçün BRICS ölkələrində universitetlərin reytinqinin pilot versiyasına 600 universitet daxil edilib.

Reytinqin ilkin siyahısına 825, yekun siyahıya isə Braziliya, Misir, Hindistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Səudiyyə Ərəbistanı, Efiopiya və Cənubi Afrikadan 600 təhsil müəssisəsi daxil edilib.

Reytinq tərtib edilərkən ekspertlər təhsil müəssisələrinin və milli hakimiyyət orqanlarının rəsmi saytlarından, eləcə də müstəqil onlayn mənbələrdən əldə edilən məlumatlara istinad ediblər. Nəzərə alınan 17 meyar arasında beynəlxalq tələbə müsabiqələrində qazanılan qələbələrin sayı, əcnəbi tələbələrin payı, elmi nəşrlərin və mükafatların sayı və informasiya açıqlığı var.

BRICS ölkələrinin Top-10 universiteti:

  1. Pekin Universiteti (Çin)
  2. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (Rusiya)
  3. Tsinghua Universiteti (Çin)
  4. Honkonq Universiteti (Çin)
  5. Sankt-Peterburq Dövlət Universiteti (Rusiya)
  6. Moskva Fizika və Texnologiya İnstitutu (Rusiya)
  7. Tongji Universiteti (Çin)
  8. Şanxay Jiao Tong Universiteti (Çin)
  9. Pekin Pedaqoji Universiteti (Çin)
  10. İqtisadiyyat Ali Məktəbinin Milli Tədqiqat Universiteti (Rusiya)

Reytinqdə yer alan universitetlərin üçdə birindən çoxu Çində yerləşir: siyahıya 207 Çin universiteti daxil edilib, onlardan altısı ilk onluğa düşüb. Təmsil olunan universitetlərin sayına görə Rusiya ikinci yerdədir: siyahıda 161 Rusiya universiteti var, onlardan dördü ilk 10-luqdadır. Tehran Tibb Universiteti 90-cı, Birləşmiş Ərəb Əmirlikləri Universiteti 64-cü, Keyptaun Universiteti 18-ci, Səudiyyə Ərəbistanının Kral Səud Universiteti isə 28-ci yeri tutub.

Seçilən
9
16
banker.az

10Mənbələr