AZ

Nüvə gücləri arasında birbaşa qarşıdurma yarana bilər - Xəbərdarlıq

Nüvə

“Xarici hərbi birləşmələrin Ukraynaya göndərilməsi birbaşa nüvə gücləri arasında qarşıdurmaya səbəb olacaq və fəlakətlə nəticələnəcək”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadeyib.

Fransanın müdafiə naziri Sebastien Lecornunun “Ukraynada qeyri-nüvə çəkindirici qüvvələrin yerləşdirilməsinə diqqət yetirilməlidir”, - ifadəsi ilə bağlı sualı cavablandıran Zaxarova digər Qərb rəsmilərinin də bu məsələyə toxunduğuna diqqət çəkib.

“Ukraynaya xarici hərbi birləşmələrin göndərilməsi birbaşa nüvə gücləri arasında qarşıdurmaya səbəb olacaq. Bu, fəlakətlə nəticələnəcək. Avropanın bir çox ölkəsi Fransanın bu təklifini dəstəkləməyib. Rusiyaya mane olmaq və strateji baxımdan məğlub olmaq cəhdlərinin Fransa üçün uğursuz nəticələndiyini xatırlatmaq istəyirəm”, - diplomat qeyd edib.

Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Zaxarova bildirib ki, Kiyevin NATO-ya dəvət edilməsi nə indi, nə də gələcəkdə Rusiya ilə danışıqlar mövzusu ola bilməz.

E. KAMAL
Seçilən
25
reyting.az

1Mənbələr