AZ

Sürücünü öldürüb, taksini qaçırıblar - Terrorun detalları - VİDEO

Ankarada baş verən terror aktı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, terrorçular hadisə yerinə 06 JMT 07 nömrə nişanlı taksi ilə gəliblər.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı hücumçuların taksini qaçırdığı məlum olub.

Hücum zamanı həlak olan 5 nəfərdən biri, taksinin sürücüsü Murat Arslanın meyiti maşının baqajından tapılıb. Bəlli olub ki, siqaret çəkəcəklərini bəhanə edərək, sürücüdən taksini dayandırmağı xahiş ediblər. Bunun ardınca sürücünü silahla qətlə yetiriblər.

Seçilən
1
7
avtosfer.az

9Mənbələr