Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Şəki, Bakı-Siyəzən, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
AYNA-dan Publika.az-a bildirilib ki, məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
• “Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Saray” MMC;
• “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Quliyev Vüqar Həsənağa oğlu;
• “Sumqayıt-Tərtər” marşrutu üzrə fiziki şəxs İbadov Kəniş İsmayıl oğlu;
• “Sumqayıt- Şəki” marşrutu üzrə fiziki şəxs Mustafayev Elman Fərrux oğlu;