AZ

İsrail İranın Beyrutdakı səfirliyinin yaxınlığına hücum edib

İsrail Hərbi Hava Qüvvələri İranın Beyrutdakı səfirliyinin yaxınlığına hücum gerçəkləşdirib, zərbələr diplomatik nümayəndəliyin yaxınlığına düşüb.

Qaziler.az xəbər verir ki, TASS bu barədə Livanın Mülki Müdafiə Xidmətindəki mənbəyə istinadən məlumat verir.

İsrail Hərbi Hava Qüvvələrinin Uzay məhəlləsinə raket hücumu təşkil etdiyi dəqiqləşdirilir. İran səfirliyi bu ərazidə yerləşir, lakin raketlər yaxınlıqdakı yaşayış binasına düşüb.

Bundan əvvəl Livanın “Hizbullah” hərəkatının döyüşçüləri Təl-Əviv ətrafında İsrail hərbi kəşfiyyatının Qlilot bazasına raket hücumu həyata keçirib.

QAZİLER.AZ

Seçilən
19
35
qaziler.az

10Mənbələr