AZ

"Qalatasaray" "Qarabağ"ın qisasını aldı

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Elfsborq"u məğlub edib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi III tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə səfərdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
4
15
aznews.az

10Mənbələr