AZ

Bu insanlar göbələk YEMƏMƏLİDİR

Faydalı quruluşuna görə bir çox insanın zövqlə istehlak etdiyi göbələklərin tərkibində fosfor, kalium, sink və dəmir var. Vitaminlərlə də zəngin olan göbələk immuniteti gücləndirməyə kömək edir. Bundan əlavə, xolesterolu tarazlaşdıran və bağırsaq sağlamlığını dəstəkləyən göbələklərin istehlakı bəzi insanlar üçün riskli sayılır.

News24.az xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalara görə, göbələk sağlam olsa da, hər kəsin göbələk istehlak etməsi düzgün deyil. 

Göbələk istehlak etməməli olan insanlar bunlardır:

Hamiləlik dövründə qadınlar: Göbələk inkişaf üçün sağlam qida olsa da, hamiləlik dövründə qadınlara tövsiyə edilmir. Hamiləlik dövründə göbələk istehlakı həm körpənin, həm də ananın sağlamlığı üçün riskli hesab olunur.

Baş ağrısı olanlar: Baş ağrısı davam edərkən göbələk istehlak etmək əsəbilik hissinə və baş ağrısının pisləşməsinə səbəb olur.

Depressiya vəziyyətində: Depressiya və narahatlıq hiss edərkən göbələk istehlakı narahatlıq səviyyəsinin artmasına səbəb ola bilər. Psixi sağlamlığa birbaşa təsir edən bu vəziyyətin yaşanmaması üçün göbələk istehlakına diqqətli olmaq lazımdır.

Mədə həssaslığı olan insanlar: Mədə həssaslığı olan insanlar üçün göbələk istehlak etmək həzm problemlərinə səbəb ola bilər. Mədə yanması, ishal, qusma, mədə ağrısı kimi yan təsirlərin qarşısını almaq üçün göbələk istehlak edərkən diqqətli olmaq lazımdır.

Məryəm İlhamqızı

Seçilən
21
1
news24.az

2Mənbələr