AZ

Türkiyənin NATO-ya üzvlüyünün ölkənin BRİKS-ə qoşulmasına maneə olmur – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin NATO-ya üzvlüyünün ölkənin BRİKS-ə qoşulmasına maneə olmayacağını bildirib.

O qeyd edib ki, BRİKS ölkələri hansı dövlət və təşkilatlarla əməkdaşlıq edə, hansını edə bilməyəcəyini seçməyə məcbur etmir.

“BRİKS çərçivəsində əməkdaşlığın cəlbediciliyi ondan ibarətdir ki, heç kim “ya/yaxud” sualını vermir. Bu, NATO və Aİ-yə üzvlüyün şərtdir”, – deyə Peskov NTV telekanalına müsahibəsində bildirib. O, vurğulayıb ki, bu fakt birliyi əməkdaşlıq üçün daha cəlbedici edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-dən 24-dək Kazanda keçirilən BRİKS sammitində iştirak edir. O bildirib ki, səfəri Türkiyə ilə assosiasiya ölkələri arasında əməkdaşlığın inkişafına töhfə verməlidir.

Xatırladaq ki, BRİKS-ə 9 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, BƏƏ və Efiopiya. Malayziya və Azərbaycan 2024-cü ildə üzv olmaq üçün müraciət ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
33
50
editor.az

10Mənbələr